Yerevanda Şuşi xalçalarının sərgisi keçirilir

Yerevanda, Al. Tamanyanın adına Milli Muzey-Memarlıq İnstitutunda Şuşinin Xalça Muzeyindən çıxarılan xalçaların sərgisi açılıb.
Xalçalar Şuşi Muzeyinin qurucusu Vardan Astsatryanın şəxsi kolleksiyasındadır və 2020-ci ilin noyabrın 1-də Şuşidən evakuasiya edilib.
“Müharibə zamanı, oktyabr ayının sonunda, Şuşi Xalçalar Muzeyi yaxınlığında böyük bir raket partladı, bina zərər çəkib, qapı və pəncərələri qırılıb. Şuşinin muzey fondunda saxlanılan təxminən 100-120 xalça Şuşidə qaldı”,- deyə Astsatryan bildirib.
Onun sözlərinə görə, Şuşidən 160-ə yaxın xalça çlxarda biliblər. Şuşi xalçalarının sərgisində təqdim olunan ən qədim nümunə, Askeran rayonunun Şoş kəndindən olan xalçadır.
“Sərgidə təqdim olunan 17-20-ci əsrə aid olan bu xalçaları toxuduğu ailələrdən aldım. Buna görə də tarixləri, yerləri bilinir”..
Şuşi Xalça Muzeyinin Yerevan sərgisi ən azı 3 ay davam edəcək.
Sərgidə nümayiş olunmuş 71 xalçanın böyük əksəriyyəti Artsaxın müxtəlif yerlərindəndir.
Xalçaların sərgisi köklərimizə qayıtmaq, tanımaq, anlamaq, özümüzü dəyişdirmək üçün bir fürsət verəcək”,- deyə Narek Van Aşuğatoyan qeyd etdi.
Sərginin açılışında Artsaxın Təhsil, Elm, Mədəniyyət, İdman naziri Lusine Qaraxanyan, mədəniyyət məktəblərinin, muzeylərin nümayəndələri və sənətkarlar iştirak ediblər