BaşlıcaBeynəlxalq

Amerikanın Dövlətlər təşkilatının Baş katibi hərbi əsirlərin azadlığa buraxılması çağırışını edib

Amerikanın  Dövlətlər təşkilatının Baş katibi Luis Almagro, Dağlıq Qarabağda müharibə nəticəsində əsir götürülən hərbiçiləri və mülki şəxslərin dərhal azadlığa buraxılmasına səsləyib.

Bu haqda Twitter-dəki öz mikrobloqunda yazıb..

Almagro, xüsusilə Ermənistan xarici işlər naziri Ara Ayvazyanla telefon danışığına toxunaraq qeyd edib:

“Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla bu ölkə ilə Amerika Dövlətləri təşkilatı arasındakı əməkdaşlıq, eləcə də Artsaxdakı humanitar vəziyyət barədə söhbət etdik.

Biz müharibə nəticəsində  bütün hərbi əsirlərin və mülki şəxslərin sərbəst buraxılmasını tövssüyyə edirik”.

ER XİN-dən verilən məlumata görə, nazir Ayvazyan və baş katib Almagro Ermənistanla Amerika Dövlətləri təşkilatı arasındakı perspektivli əməkdaşlıqdan məmnunluqlarını ifadə etdilər.

Mövcud əməkdaşlıq dinamikasını qorumaq və xüsusilə insan hüquqlarının qorunması sahəsində dialoqu daha da gücləndirmək üçün səyləri davam etdirməyə ikitərəfli hazırlıq vurğulandı.

Telefon danışığı ərzində nazir Ayvazyan Baş katib Almagroya Azərbaycanın Artsaxda törətdiyi təcavüzün yaratdığı humanitar vəziyyət barədə məlumat verdi.

ER Xarici işlər naziri qeyd etdi ki, Ermənistan həqiqətən, Artsaxa qarşı Azərbaycanın başladığı bütün müharibə zamanı təşkilatın tutarlı, balanslı mövqeyini qiymətləndirir.

Müxtəlif ölkələrin liderləri, siyasətçilər, beynəlxalq təşkilatlar Azərbaycanı səsləyirlər ki,  erməni hərbi əsirləri, digər statuslu şəxsləri azadlığa buraxsın.

Onların vətənə dönüşü eləcə də 2020-ci il noyabrın 9-da Ermənistan,Rusiya və Azərbaycan rəhbərlərinin   birgə bəyanatının mühüm  bəndlərindəndir.

Daha çox göstər
Back to top button