ArtsaxBaşlıca

Artsax Prezidentinin sözçüsü Martakertdən keçən azərbaycanlıların məsələsinə aydınlıq gətirdi

Artsaxın nəzarəti altında olan Martakert-Vardenis magistral yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan kolonunun hərəkəti hələ 9 noyabr atəşkəsindən sonra başladı.

Bunu Artsax Respublikası Prezidentinin mətbuat katibi Lusine Avanesyan məsələ ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən deyib.

“Bu yol Matağisdən başlayır, sonra Drmbon-Getavan hissəsindən keçir və Karvaçara çatır. Hələ bu ilin yanvarında Drmbon sakinləri Vardenisə aparan qısa yolundan istifadə etmələrini tələb edərək azərbaycanlıların kolonu üçün yolu bağlamışdılar. Keçən ilin noyabrında atəşkəsin bərqərar olmasından sonra rusiyalı sülhməramlıların müşayiəti ilə Azərbaycan avtomobilləri də bu yolda, eləcə də Karmir Şuka-Şoş-Şuşi və Şuşi-Berdzor yolunda hərəkət edir”,-deyə Avanesyan əlavə edib ki, yeganə fərq ondadır ki, son vaxtlar inşaat yüklərinin daşınması səbəbindən Azərbaycan kolonlarının hərəkəti intensivləşib.

Daha çox göstər
Back to top button