Avstraliya Xİ naziri DQ nizamlanması işində Helsinki Yekun aktına sadiq qalmağa çağırır

Avstraliyanın Xarici işlər naziri Maris Peyn, hökumətin ATƏT-in Minsk Qrupunun həmsədrlik prosesini dəstəklədiyini bir daha təsdiqlədi və “Xalqın öz müqəddəratlarını təyinetmə və bərabər hüquqlar”ı, 2020-ci ilin qanlı müharibəsindən sonra Dağlıq Qarabağda davamlı sülhə aparılması lazım olan 3 bərabər prinsip olduğunu vurğuladı.
Bu haqda Avstraliyanın Hay Dat Komitəsi qeyd edib.
Xarici işlər naziri, hərbi əməliyyatların dayandırılması ilə əlaqədar noyabrın 10-da olan açıqlamasını alqışlayaraq qeyd etdi ki,tərəflər Helsiki Yekun aktına sadiq qalmalıdır.
Aktla “gücdən və güc təhdidindən istifadə etməmək,ərazi bütövlüyünə və xalqlar süverenlik prinsiplərinə hörmətlə yanaşmaq” çağırışı edilir”.
Maris Peyn Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə sülhə nail olmaq səylərini dəstəkləməyə çağırdı.
Avstraliyanın erməni icması Baş katib Peynin bəyanatını alqışlamış və onu doğru istiqamətlə atılan mühüm addım hesab etmişdir.