
Fevralın 22-də ER Müdafiə naziri Vağarşak Harutunyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda Böhran məsələləri üzrə xüsusi nümayədəsi Toyvo Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Vitorin də iştirak edib.
ER Müdafiə naziri, Azərbaycanın Artsaxa qarşı azğınlaşmış müharibə nəticəsində bölgədə yaranmış vəziyyəti, noyabrın 9-da birgə bəyanatın müddəalarının həyata keçirilməsi prosesi barədə qonaqlara məlumat verib.
Vağarşak Harutyunyan vurğulayıb ki, Azərbaycan hərbi əsirlərin digər saxlanılan şəxslərin qaytarılması barədə bəyanatın 8-ci maddəsindəki müddəalara əməl etmir və bu prosesdən Ermənistana əlavə təzyiq göstərmək üçün siyasi məqsədlər üçün istifadə edir.
Öz növbəsində Toyvo Klaar Avropa Birliyinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini dəstəklədiyini və bu formatlı danışıqların aktivləşməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunmuşlar.