
ER Xarici işlər naziri Ara Ayvazyan BMT İnsan Haqları şurasının yüksək səviyyəli 46-cı sessiyasının onlayn görüşündə nitqlə çıxış edib.Orada Azərbaycanın Artsax xalqına qarşı başladığı genişmiqyaslı azğınlaşmış hərbi təcavüzə və nəticələrinə dair çıxış edib.
Ayvazyan, Ermənistanın BMT Baş katibinin qlobal atəşkəs çağırışına COVID-19 epidemiyasına cavab olaraq qoşulduğunu vurğuladı.
Halbuki Azərbaycan nəinki buna məhəl qoymadı, həm də epidemiya vəziyyətindən istifadə edərək, Artsax xalqına qarşı genişmiqyaslı hərbi təcavüz icra etdi.
“Azərbaycan rəhbərliyi Artsaxda erməni izini aradan qaldırmaq niyyətini gizlətməyib.
Türkiyənin və sonuncunun himayədarlığıyla xarici terrorçuları bir başa cəlb etməklə onların iştirakıyla ermənilərə qarşı kütləvi vəhşiliklər törətdilər.
Beləliklə, keçən əsrin əvvəllərində ermənilərə qarşı həyata keçirilən və cəzasız qalan soyqırımının dəhşətləri, bölgəmizdəki kütləvi vəhşiliyin digər təzahürləri şəklində yenidən təkrarlandı, eyni cinayətkarın qızışdırmasıyla ortaq təxribatıyla icra olundu” – deyərək Xİ naziri qeyd edib.
Xarici muzdlular və yadelli yaraqlı terrorçular tərəfindən muzdlulardan geniş istifadə edilməsinin, beynəlxalq aktyorlar tərəfindən tanınan öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla Artsax ermənilərinin insan haqlarını boğmaq üçün qəddar bir cəhd olduğunu nazir vurğulayıb.
“Beynəlxalq insan hüquqları və humanitar qanunların kobud şəkildə pozulması ilə müşayiət olunan 44 günlük hərbi əməliyyat zamanı Azərbaycan ordusu dəhşətli cinayətlər və vəhşiliklər törətdi.
O qəsdən sistemli şəkildə məktəblərə, xəstəxanalara, doğum evlərinə, bazarlara, yollara, rabitə sistemlərinə və digərlər yerlərə hücum etdi..
Kilsələr, Xaçkarlar və digər abidələr daxil olmaqla Artsaxdakı erməni mədəni və dini irsini məhv etdi”-deyərək o,əlavə etdi ki, Azərbaycan silahlı qüvvələri tərəfindən iki hava hücumu nəticəsində Şuşinin Surb Ammenaprgiç məbədinə kifayət qədər zərər yetirildi.
.“Bu müharibənin xüsusiyyətlərindən biri də Azərbaycanın erməni əhalisini qorxutmaq üçün sosial media platformalarından geniş istifadə etməsi idi.
Yüksək rütbəli məmurların əmri ilə Azərbaycan rəsmiləri və silahlı qüvvələr sosial şəbəkələrdə erməni hərbi əsirlərinə alçaldıcı, qeyri-insani və amansız davranış, o cümlədən alçaldılma, fiziki zorakılıq və yaralanma ilə yanaşı İslam dövləti hərəkətlərini əks etdirən baş kəsənlər və buna bənzər qəddar faktlarla dolu videolar yerləşdirir.
Hərbi cinayətlərdə günahkar olanlar, açıq şəkildə ermənilərin başlarını kəsməklə öyünənlər, Azərbaycanda qəhrəmanlaşdırılaraq yüksək dövlət mükafatlarına layiq görülmüşlər”-deyərək Ayvazyan qeyd edib.
O, hüquqları uğrunda mübarizə aparan Artsax xalqının hələ dədə-baba yurdunda mövcud bir təhlükə ilə üzləşdiyini qeyd etdi.