ArtsaxBaşlıcaTəhlil

ER XİN başçısı: “Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi bölgədəki əsas çağrışlarından biri olaraq qalır”

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bölgənin əsas çağırışlarından biridir. Bu barədə ER Xarici İşlər naziri Ara Ayvazyan bildirib.

Onun sözlərinə görə, Türkiyənin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Qarabağa güc tətbiq etməsinin nəticələri, Artsax ərazisinin bir hissəsinin işğalı bu münaqişənin həlli hesab edilə bilməz.

“Yalnız siyasi danışıqlar prosesi ilə bu münaqişəyə son qoymaq mümkündür, bu da bütün münaqişə tərəflərinin hüquqlarını nəzərə alacaq və Qarabağın son statusunu müəyyənləşdirəcək”,- deyə Ayvazyan vurğulayıb.

Nazir qeyd etdi ki, erməni tərəfi danışıqlar prosesini yenidən başlamaya hazırdır, lakin bunun üçün sülhü təşviq edəcək atmosfer yaratmaq lazımdır. Azərbaycan tərəfindən bu kimi ilkin şərtlər hələ görünmür.

“Bunun sübutu odur ki, Azərbaycan ötən ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatının humanitar komponentini yerinə yetirmir və hərbi əsirlərinin vətənə qayıtması üçün maneələr yaradır”,- deyə nazir bildirdi.

Daha çox göstər
Back to top button