BaşlıcaSiyasət

Erməni əsirini işgəncəylə öldürüblər: “Azərbaycan AİHM-in tələblərini pozmağa davam etməkdədir”

Azərbaycan Avropa İnsan hüquqları məhkəməsinin tələblərini pozmağı davam etməkdədir.Bu haqda ER hökumətinin AİHM-dəki nümayəndəsi Yeğişe Kirakosyan jurnalistə verdiyi müsahibədə Azərbaycan tərəfinin davranışını xarakterizə edən konkret nümunələr gətirərək  qeyd edib.

“Söz AİHM-si tərəfindən Azərbaycana qarşı tətbiq etdiyi müvəqqəti tədbirlərin sistematik şəkildə pozulması barədədir.

Məhkəmə bu yaxınlarda tərəflərin şərtləri pozmadan vasitəçilər vasitəsilə lazımi məlumatları vermək məcburiyyətində olduqlarını dəfələrlə xatırlatdı.

Ancaq Azərbaycan bunu xroniki şəkildə pozur. Biz də öz şikayətimizdə Azərbaycanın daima pozuntulara yol verdiyini və bunun da ağrılı hadisələrə səbəb olduğunu qeyd etmişik”-deyərək Kirakosyan qeyd edib.

Ermənistan Respublikasının AİHM-dəki nümayəndəsi bunun yanvar ayında baş vermiş bir hadisə olduğunu, Azərbaycanın əsir götürülmüş şəxs barədə məlumat vermədiyini, bunun əvəzinə Hadrut yaxınlığında bir erməni əsirinin öldürülmüş tapıldığını qeyd etdi.

“Ekspertiza  göstərdi ki, şəxs işgəncələr nəticəsində  yenicə  dünyasını dəyişib.Bununla əlaqədar  bizim şikayətimizdə  yeni təffərrüatlarla təsvirlərlə qeyd etmişik.Bu isə açıq-aydın  pozuntudur”-deyərək Kirakkosyan  əlavə edib ki, mümkündür ki, bu fakt Azərbaycan üçün siyasi nəticələrə səbəb olsun.

 Bununla belə, AİHM-də baş verən prosesləri  əsirləri geri qaytarılması ilə bağlı Yeğişe Kirakosyanın qənaətincə, danışıqlar prosesinə kömək edən bir hal kimi qiymətləndirilir.

“ Biz, X şəxs haqqında dəlil toplayır və məhkəməyə göndəririk. Məhkəməyə deyirik hörmətli məhkəmə, dəlillərimizə əsaslanaraq bu şəxsin Azərbaycan hakimiyyətinin nəzarəti altında olduğuna əminik, xahiş edirik tədbirlər əldə edin.

Sonra ya təsdiqini alırıq, ya da almırıq (əksər hallarda almırıq, kiçik bir hissədə alırıq).

Əgər alırıqsa, bu, ən azından, BQXK və ya sülhməramlı qüvvələr vasitəsi ilə gələnə qədər bu şəxsin yaşamaq hüququnu təmin etməyə ümid edirik”- deyərək Kirakosyan izah edib.

Əsirlərə qarşı açılan qaldırılan cinayət işlərinə gəldikdə, Yegişe Kirakosyana görə, bu, Azərbaycan məsələsində yenilik deyil.

O illərdə də, Ermənistan Respublikasının sərhəd kəndlərindən azərbaycanlılar tərəfindən oğurlanaraq qaçırılan, vətəndaşlara qarşı nümayişedici əməllər törədərək onları güya terrorizmdə və digər qalmaqallı məqamlarla “işlər tikilirdi”.

Onların  oxşar təcrübələrinə bələdik.

Onun sözlərinə görə, bu gün erməni əsirlərinə qarşı bu cür işlərlə Azərbaycan beynəlxalq forumlarda və beynəlxalq mətbuatda suriyalı muzdlular və terror qruplarının istifadəsində ittihamları tarazlaşdırmağa çalışır.

İnsan Hüquqları müdafiəçisi BMT-yə azərbaycanlılar tərəfindən əsirlərin dönüşünü təxirə salınması ilə bağlı dəlillər təqdim edib.

Daha çox göstər
Back to top button