BaşlıcaSiyasət

Ermənistan faşizmə qarşı mübarizəyə böyük töhfə verib: ER səfiri

Ermənistan faşizm və nasizmlə mübarizəyə böyük töhfə verib. Bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin fevralın 23-də jurnalistlərlə söhbətində söyləyib.

Onun sözlərinə görə, Sovet silahlı qüvvələrinin, ilk növbədə Böyük Vətən Müharibəsindəki qələbələri xalqlarımızın tarixinə əbədi olaraq yazılmışdır.

O xatırladıb ki, bu il Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq daha bir ildönümü qeyd ediləcək. “23 fevral bütün postsovet ölkələri üçün simvoldur. Sovet respublikaları hərbi qardaşlığın möhkəmlənməsinə böyük töhfə verdilər. Respublikalar, xüsusən də Ermənistan sizinlə birlikdə yaşamağımıza, dünyanın faşizm və nasizm uçurumuna düşməməsinə böyük töhfə verdilər. Bu gün əcdadlarımızı, şərəfli hərbi keçmişimizi xatırlamaq üçün daha bir fürsətdir. Ən əsası bizi birləşdirən və güclü etdiyimizi xatırlamaqdır”- deyə Kopırkin qeyd edib.

Daha çox göstər
Back to top button