
Rusiya onsuz da erməni silahlı qüvvələrində islahatlar aparılmasında Ermənistanı tam dəstəkləyir.
Bunu fevralın 23-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Eyni zamanda, o bildirib ki, Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında müxtəlif sahələrdə əlaqələr davam edir.
Gyumridəki 102-ci Rusiya hərbi bazasının genişlənməsi nəzərə alınaraq, bir hissəsinin Ermənistanın şərq istiqamətinə yerləşdirilməsi barədə ER Müdafiə naziri Vaqarşak Harutyunyanın açıqlamasına münasibət bildirən səfir, müvafiq məlumatların vaxtında veriləcəyini qeyd edib.
“Belə məlumatları ilk dəfə ictimaiyyətə açıqlamaq mənim haqqım deyil. Düşünürəm ki, bunun birbaşa məsuliyyət daşıyanlar bunu vaxtında edəcəklər”- deyə Kopırkin vurğulayıb.