ArtsaxBaşlıcaİctimaiyyət

Rusiya Qarabağa növbəti humanitar yardım göndərib

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağa humanitar yardımdan ibarət növbəti yük göndərib.

Bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli hakimiyyətin istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.

O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək.

FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib.

Daha çox göstər
Back to top button