
Erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır: ATƏT-in Minsk Qrupu həmsədrliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə formatdır. Bunu fevralın 23-də Parlamentin Regional və Avrasiya İnteqrasiyası məsələləri üzrə Daimi Komitəsinin iclasında ER Xarici İşlər naziri Ara Ayvazyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan danışıqlar prosesinin bu formatını dəstəkləməyə davam edəcək.
“Biz regionda ilk növbədə, mandatının məzmununu, xüsusən də sülh prosesinin irəliləməsini təmin edə biləcək güclü bir həmsədrlik görəcəyimizi gözləyirik”,-Ayvazyan vurğuladı.