
“IDEX-2021” beynəlxalq hərbi-sənaye sərgisində erməni tərəfi mühüm razılaşmalar əldə edib. ER Yüksək texnologiyalar sənayesi nazirliyi bir video yayımlayıb və ondan Ermənistanın bir neçə təşkilatla birgə istehsal məsələlərini müzakirə etdiyi aydın olur.
“IDEX 2021” Əbu-Dabidəki Rusiya hərbi sənaye sahəsi nəylə təəccübləndirəcək?
“Artıq üç təşkilatla şərtləşmə əldə etmişik ki, Ermənistanda ortaq bir istehsal yaradılsın. Hələ hamıyla məsələləri ətraflı şəkildə müzakirə etməliyik.
Bu günün ən əhəmiyyətli uğurlarından biri də Rusiyanın “Uralvagonzavod” ilə razılığa gəlməyimizdir, onlarla bir memorandum imzalayacağıq və birgə istehsalata başlayacağıq” deyərək sərgi nümayəndələrindən biri qeyd edib.
Qeyd etmək lazımdır ki, “Uralvagonzavod” hərbi texnika, yol tikinti texnikası və dəmir yolu vaqonlarını hazırlayan və istehsal edən Rusiya şirkətidir.
Xatırladaq ki, daha əvvəl erməni hərbi texnikasının nümunələrinin Əbu-Dabiyə çatmadıqları üçün “İDEX-2021” beynəlxalq hərbi-sənaye sərgisində təqdim olunmadığı məlum olub. Hərbi-sənaye sərgisində ER yalnız bukletlər təqdim etmişdi
Sərgidə 14 erməni şirkəti təqdim edilmişdir.