Başlıcaİctimaiyyət

Ermənistanda koronavirusun üçüncü mərhələsi başlaya bilər

Ermənistanda koronavirusun üçüncü mərhələsi başlaya bilər. Son 14 gün ərzində koronavirusun toluxması 15 faiz artıb. Bu barədə ER Səhiyyə nazirliyinin nümayəndəsi Romela Abobyan bildirdi.

“Son iki ayda virusun reproduktiv göstəricisi 1-ə qədər idi, bu gün artıq 1.1-dir, yəni bu o deməkdir ki, yaxın gələcəkdə virusun yoluxmasında artım ola bilər”,- deyə o qeyd etdi.

Mütəxəssisin fikrincə, yaxın 7 gündə yeni 1360 koronavirusa yoluxma hadisəsi qeydə alına bilər.

Romela Abovyanın həmçinin bildirdi ki, 2021-ci ilin mart ayında riskli qrupda olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayacaq.

Daha çox göstər
Back to top button