BaşlıcaSiyasət

Nikol Paşinyan əsirlər barədə: “Konkret nəticələr əldə etmək üçün real bir fürsət var”

Azərbaycan müharibə əsirləri məsələsini bir södələşmə mövzusuna çevirməyə çalışır.

Bu haqda Baş nazir Nikol Paşinyan 1in.am saytında yayımlanan Nver Mnatsakanyanla müsahibəsi ərzində deyib.

Əsirlər məsələsində ilkin şərtlərin olub-olmadığı soruşularkən Baş nazir cavab verib: “Əlbətdə, təəssüf ki, Azərbaycan hərbi əsirlər məsələsini bir alver mövzusuna çevirməyə çalışır.

Bu isə noyabrın 9-da olan bəyannamədə dəqiqliklə əsirləri, girovları və digər saxlanılanları geri qaytarmaq öhdəliyini açıq şəkildə  pozmaqdır.

Yeri gəlmişkən, bir daha təkrar etmək istəyirəm, çünki həmin Xtsaberddəki hadisənin nəticəsində sonra əsir  götürülən  bizim  hərbiçilərimizlə bağlı çox  fərqli şərhlər edilir: onlar hərbi əsirlərdir, onlar əsir deyildir.

Oxşar şərhlər yersizdir, çünki  noyabrın 9-da olan  bəyanat yalnız hərbi əsirləri deyil, həm də əsirləri, girovları və digər saxlanılanları da  özündə əks edir”.

Baş nazir bunun üçtərəfli bir bəyanat olduğunu və bu bəyanatda formalaşdırılan və götürülən öhdəlikləri, bu ifadəni imzalayan hər üç tərəfin paylaşdığını vurğuladı.

“Və biz bu məsələni ən qısa müddətdə həll etmək naminə intensiv şəkildə işləyirik”-deyərək Baş nazir  qeyd edib.

Jurnalist qeyd edib ki, erməni tərəfi anlaşma bəndlərini qüsursuz yerinə yetirir, digər tərəf isə şərtləşməni pozur.

“Biz nə üçün şərt qoymadan davranışımızı  davam edirik? Nə qədər ki, həmin  problem, xüsusən 8-ci bənd təmin olunmayıb biz heç bir bəndlə irəliyə getmirik”-deyərək Nver Mnatsakanyan  soruşub.

Cavabında Nikol Paşinyan qeyd edib ki, onun fikrincə, hər şey edilməlidir ki, proseslər qapantıya düçar olmasın.

“Biz  mövzu üzərində və gündəlik ətrafında o zamana qədər işləməyi davam edirik, nə qədər ki,məsələni həll etmək, konkret nəticələr əldə etməkçün  real fürsət var.

Belə bir fürsətin olmadığını görərsək, əlbəttə ki,  vaxt itirməklə məşğul olmayacağıq”- deyərək Baş nazir qeyd edib.

Həqiqi bir ehtimalın olub-olmadığını aydınlaşdıran suala Baş nazir müsbət cavab verib:

 “Əlbəttə, real bir ehtimal var,bu mövzu ətrafında danışıqlar aparılır. Biz, Rusiya Federasiyasının Prezidenti ilə daima əlaqə saxlayırıq.

Bu məsələ ilə bağlı Ermənistan və Azərbaycan arasında təmaslar davam etdirilir.

Əlbətdə ki, bu problemlərin həll olunacağına ümid və inam var. Başqa məsələdir ki, hansı müddətlərdə.

 Aydındır ki, burada hər dəqiqə, hər gün yox, hər dəqiqə, ilk növbədə, əsir götürülmüş və naməlum itmiş qardaşlarımızın ailələri üçün nə dərəcədə ağır olması anlaşılandır.

Ancaq sizi inandırmaq istəyirəm ki, hər dəqiqə, hər an hökumət üçün, mənim üçün   eyni dərəcədə vacibdir.

Nəhayət bütün bunlar olduqca ağır  məsuliyyət dəqiqələri, məsuliyyət anlarıdır, bu məsuliyyəti özümüzlə daşımağa  borcluyuq”- deyərək o, qeyd edib.

Hökümət başçısı qeyd etdi ki, məsələnin həlli üçün imkanların real olduğunu görsələr də, hamı qayıdana qədər işləməyə davam etməlidir. Baş nazir bu günə qədər 69 əsirlərin geri qaytarıldığını xatırladıb.

Daha çox göstər
Back to top button