
ER Baş naziri Nikol Paşinyan 1in.am-ə müsahibə zamanı bildirib ki, bölgədəki bütün dövlətlər yolların blokadadan çıxarılmasında maraqlıdırlar.
Paşinyan qeyd edib ki, kommunikasiyaların açılması probleminin konstruktiv, qarşılıqlı faydalı həlli bölgəmizə davamlı və stabil sülh gətirə biləcək amillərdən biridir.
“Bu həmçinin bəzi iqtisadi faydalar gətirəcək, bölgəmizin və Ermənistanın iqtisadi imicini və potensialını dəyişdirəcək, amma bu heç bir problemin olmayacağı anlamına gəlmir”.
Baş nazir, kommunikasiyaların bizi bölgəyə və bölgəyi bizə bağlayan damarlar olduğunu bildirib.
Nikol Paşinyanın sözlərinə görə, bölgədə baş verənlərə nəzər salsaq, bunda istisnasız olaraq hamının maraqlı olduğunu görərik: Rusiya, Gürcüstan, İran İslam Respublikası, Azərbaycan, Türkiyə və Ermənistan Respublikası maraqlıdır.
Hökümət başçısının sözlərinə görə, 11 yanvar bəyanatından sonra Abxaziya dəmir yolunun açılması ilə bağlı müzakirələr xeyli dərəcədə intensivləşdi, bu çox müsbətdir. Eyni zamanda, Fars körfəzini Qara dənizi ilə birləşdirən dəmir yolu barədə müzakirələr intensivləşdi və bu əlbəttə mövzunu daha maraqlı edir. Paşinyan vurğuladı ki, Ermənistan üçün strateji əhəmiyyət kəsb edən çox əhəmiyyətli imkanlar mövcuddur.