
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işi davam edir. Bölgəyə səfərlər ehtimal olunur.
Bu haqda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistin sualını cavablandırarkən məlumatlandırıb.
“Həmsədrlər ATƏT-in Minsk qrupu çərçivəsində işlər davam etməkdədir, onlar bir-birləri ilə təmasdadır.
Onların bölgəni səfər etməkləri ehtimal olunur, belə ki,proses dayanmayıb”-deyərək Kopirkin qeyd edib.
Yüksək səviyyəli görüşlərin mümkün olub-olmadığı barədə suala səfir bu barədə heç bir məlumatının olmadığını deyib.