BaşlıcaBeynəlxalq

AİHM Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan edib.

“Aihmaz.org” yazır ki, “vəkil Nemət Kərimli Azərbaycana qarşı”, “Elşad Təhməzov Azərbaycana qarşı”, “jurnalist Pərviz Həşimli və digərləri Azərbaycana qarşı” işlərində tərəflər dostca anlaşma bağlayıblar.

Analaşmalara əsasən, Azərbaycan hökuməti vəkil Nemət Kərimliyə 2750, Elşad Təhməzova 6700 avro təzminat ödəməlidir. Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində Hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro ödəməlidir.

Eyni zamanda, Akif Şiriyev Azərbaycana qarşı işində hökumətin ərizəçiyə 1800 avro təzminat ödəməsi vurğulanır:

“Axundov və Məcidova Azərbaycana qarşı işi də baxılacaq işlərin siyahısından çıxarılıb. Bu işdə ərizəçilərin vəkili Avropa Məhkəməsi ərizəçilərlə kommunikasiya saxlaya bilmədiyini bildirib”.

Qeyd olunub ki, Nemət Kərimlinin işi vəkilin nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqəliydi.

Daha çox göstər
Back to top button