BaşlıcaSiyasət

Azərbaycan itkin düşmüş hərbçilərin axtarışına icazə vermir

Fevralın 15-dən Artsax nəzarətindən kənarda olan yaşayış məntəqələrində itkin düşmüş hərbçilərin axtarış işləri dayandırıldı. Artsaxın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin informasiya və ictimayyətlə əlaqələr şöbəsinin rəisi Hunan Tadevosyan işlərin bərpası üçün dəqiq bir tarix bilmədiklərini qeydb etdi.

“Azərbaycan tərəfiicazə vermir, icazəmiz yoxdur. Azərbaycanla Rusiya tərəfi danışıqlar aparır. Yeni xəbər olsa, bizə məlumat veriləcəkdir. Məncə, hələ nəticə yoxdur, müzakirə edirlər”,-deyə Tadevosyan vurğuladı.

Qeyd edək ki, atəşkəsdən 15 fevarla qədər ümumi 1 485 hərbçi və mülki şəxsin cəsədi tapılıb. Atəşkəsdən bəri axtarışın bu qədər uzun müddət dayanması ilk dəfədir.

Daha çox göstər
Back to top button