
“Türk Milliyyətçi hərəkat” partiyası və onunla əlaqəli ekstremist neo-faşist “Boz qurdlar” təşkilatı son zamanlar Artsaxın işğal olunmuş ərazilərində aktivləşibdir.
Partiya, xüsusən Şuşidə məktəb açmaq niyyətini açıqladı. Niyə Artsaxda, bölgəmizdə bu aktivləşmə hansı riskləri özündə əks edir?
Türkoloq Ruben Safrastyanın sözləricə, son vaxtlar Türkiyənin xarici siyasətində pantürk meyllərinin güclənməsi nəzərə çarpırdı. Bu, hakim partiyanın, lideri Erdoğanın baxışı və niyyətlərindən irəli gəlir.
“Digər tərəfdən, Artsaxın əsas məsələsi 90-cı illərin əvvəllərindən bəri “Türk Milliyyətçi hərəkatı” və “Boz qurdlar” partiyalarının diqqəti mərkəzindədir.
Şuşidə millətçilər məktəbini qurmaqla, Artsaxın ürəyində öz varlıqlarını təmin etməyə çalışırlar”-deyərək Safrastyan qeyd edib.
Türkoloq hesab edir ki, Ermənistan Xarici işlər nazirliyi bu bölgədə pantürkizmin yayılmasının qarşısını almaq üçün müttəfiqlər tapmaqnaminə aktiv addımlar atmalıdır.
Onun sözlərinə görə, pantürkizm təkcə Artsax, Ermənistan və bölgə ölkələri üçün deyil, həm də Avropa üçün ciddi bir çağırışdır.
“Bu olduqca ciddi təhdiddir həm də Rusiya üçün hansı ki, Türkiyəyə qarşı hazırda olduqca ehtiyatlı siyasət yürüdür”-deyərək Ruben Safrastyan qeyd edib.