Başlıcaİctimaiyyət

Ermənistanda daha 283 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha 283 nəfər COVID-19-a yoluxub.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 171 510-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 183-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 813 nəfərdir. İndiyədək 163 165 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 349 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button