
Kremldə Ermənistandakı vəziyyəti narahatlıqla izləyir, ancaq baş verənləri Qafqazda Rusiyanın mühüm və yaxın müttəfiqi olan ölkənin daxili işi kimi qəbul edir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyirik. Biz bunu Qafqazda ən yaxın müttəfiqimiz olan Ermənistanın daxili işi hesab edirik”- deyərək Peskov qeyd edib.
Ermənistan Respublikası Silahlı qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir Nikol Paşinyanın – hökumətin istefasını tələb edən bəyanat verdi.
ER Baş naziri, baş verənləri hərbi çevriliş cəhdi kimi qəbul etdiyini ifadə edərək tərəfdarlarını Yerevanın “Respublika” meydanında toplanmağa çağırdı. ER Baş nazir saat 16: 00-da “Respublika” meydanında bir çıxış edib