
Ermənistan Respublikasının Silahlı qüvvələri vətənin sərhədlərini tam qoruyur və təhlükəsizliyini təmin edir.
Bu haqda ER Müdafiə nazirliyinin yaydıı açıqlamasında deyilir.
“Ordu siyasətdən kənar bir qurumdur, hər hansı bir siyasi prosesə silahlı qüvvələri cəlb etmək cəhdləri qəbuledilməzdir.
Hər hansı bir cəhd Ermənistan Respublikasının sabitliyini və təhlükəsizliyini təhdid edir.
ER Müdafiə nazirliyi layiqincə hər hansısa oxşar əmələ reaksya verəcək”- deyərək bəyanatda qeyd edilib.