BaşlıcaSiyasət

Paşinyan Putinlə telefon danışığı apardı

RF Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda hökm sürən  vəziyyəti müzakirə etdilər.

TASS xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş verdiyini bildirib.

“Ermənistandakı vəziyyət müzakirə edilib. Putin Ermənistanda işlərin qaydaya salınması, vəziyyətin qanun çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirib.

Rusiya  rəhbəri eləcə də bütün tərəfləri təmkinli olmağa çağırıb”- deyərək Dmitri Peskov bəyan edib.

Daha çox göstər
Back to top button