
ER Baş naziri Nikol Paşinyan bütün siyasi qüvvələri vəziyyətin düyününü açmaq ətrafında məsləhətləşmələrə çağırdı.
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bütün siyasi qüvvələri bütün aksiyaları dayandırmağa, itaətsizlik təsvirlərinə son qoymağa və vəziyyəti nizamlamaq üçün məsləhətləşmələr aparmağa səsləyib.
Nikol Paşinyan bu haqda Respublika meydanında mitinq zamanı olan çıxışı zamanı qeyd edib.
“Mən ehtimal edirəm ki, Ermənistan Respublikasının Prezidenti Silahlı qüvvələrin Baş qərargah rəisi ya Onik Qasparyanı azad etmək sərəncamını imzalayır, yaxud, Onik Qasparyan özü istefası barədə elan edir.
Biz siyasi qüvvələrlə yenə məsləhətləşmələrə başlayacam ki, bu vəziyyəti necə tənzimləmək mümkündür” – deyərək Paşinyan bəyan edib.
Paşinyan həmçinin hökumətin ünvanına ən sərt tənqidlərini dilə gətirən siyasi qüvvələrlə məsləhətləşmələrə hazır olduğunu vurğulayıb.
O,əlavə etdi ki, Ermənistan demokratik ölkədir və xalqın iradəsi yerinə yetirilməlidir.
“Hakimiyyət dəyişikliyi yalnız seçkilərlə həyata keçirilməlidir növbədənkənar və ya adi seçkilər yolu ilə baş verməlidir, buna birlikdə qərar verəcəyik.
Ermənistan Respublikasında bizim düşmənimiz yoxdur, hamısı bizim qardaşlarımızdır.
Bəziləri toqquşma yaratmaq istəyir, heç bir toqquşma olmayacaq. Mən bu meydanda toplaşanların ağrısını alım.
Onlar, eybi yoxdur qoy məni xəyanətkar hesab etsinlər”-deyərək Paşinyan qeyd edib.