
Bu barədə “Joğovurd” qəzeti yazır: “Parlament deputatları Armen Xaçatryan və Sergey Baqratyan qanunvericilik təşəbbüsü ilə çıxış etdilər və “Silah haqqında” ER Qanununa dəyişiklik etmək istədiklərini bəyan etdilər.
Qanunda sərhəd qəsəbələrinin sakinlərinin ov tüfəngi şəklində silahlarına sahib olduqlarını təsbit etmək istəyirlər.
“Joğovurd” qəzeti, bir sıra sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin odlu silah gəzdirmək hüququ tələbi ilə millət vəkillərinə müraciət etdiklərini, bunun yalnız daha təsirli bir ov yolu deyil, eyni zamanda vətəndaşların təhlükəsizliyinə əlavə bir zəmanət olduğunu iddia etmişdir.
Əlavə edək ki, layihənin əsaslandırılmasında qeyd olunur:”
Layihənin əsaslandırılmasında deyilir: “2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyannamənin icrası çərçivəsində Ermənistanla Azərbaycan arasında yeni sərhədlər formalaşır və həmin faktla şərtləşmiş zərurət yaranıb.”
“Silah haqqında” Ermənistan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndi yenidən redaktə edilsin.
Onunla ov tüfəngi silahını əldə etmək hüququ təstiq edilsin ER hökumətinin qərarıyla müəyyən edilmiş faktiki olaraq yaşayan vətəndaşlar üçün sadələşdirilmiş qaydada həyata keçirilsin”.