
Azərbaycan erməni hərbi əsrilərinin və əsirlikdə olan mülki şəxslərin vətənə qayıdması üçün süni, əsassız maneələr yaradır. Bu barədə “RİA Novosti”-ya müsahibəsində ER XİN başçısı Ara Ayvazyan deyib.
O qeyd etdi ki, 2020-ci ilin noyabrın 9-da imzalanan bəyantdə hərbi əsirlərin və əsrilərin qayıtması nəzərdə tutulur. ER “hamı hamıya qarşı” prinsipi ilə öz öhdəlikləri yerinə yetirib.
“Azərbaycan tərəfi erməni əsirlərinin siyahısını manipulyasiya edir, erməni hərbçilərinin və mülki şəxslərin əsir götürülməsini qəbul etmir. Üstəlik, rəsmi Bakı uydurma ittihamlarla bir neçə hərbi əsir barəsində saxta cinayət işlərinə başlayır.
Azərbaycanın bu davranışı yalnız beynəlxalq humanitar hüquq normalarına zidd deyil, eyni zamanda üçtərəfli bəyanatı da pozur”,- detə Ara Ayvazyan qeyd etdi.
ER XİN başçısı vurğuladı ki, Ermənistan hərbi əsirlərin vətənə qayıdmasında məsuliyyətli vasitəçi olaraq Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir.
“Birgə səylər sayəsində erməni əsirlərin bir hissəsini vətənə qaytarmaq mümkün oldu. Bu humanitar məsələnin daha da təxirə salınması, sadəcə Rusiya Federasiyasına deyil, həm də ümumiyyətlə beynəlxalq ictimaiyyətə bir çağırışdır”,- deyə ER xarici işlər naziri Ara Ayvazyan qeyd etdi.