ArtsaxBaşlıca

Artsax Respublikasının Azərbaycan nəzarəti altına alınmış əraziləri işğal olunmuş sayılır: AR Parlamentinin bəyanatı

Artsax Respublikasının Parlamenti yenidən təsdiq edir ki,

  • 1991-ci il sentyabrın 2-də SSRİ-nin qanunvericiliyi və beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ (Artsax) Resublikasının müstəqilliyi elan edilib,
  • Artsax Respublikası 1992-1994-cü illərdə Azərbaycan Respublikasının beynəlxalq humanitar hüquqların bir çox pozuntusu ilə müşayiət olunan təcavüzünü dəf edib,
  • Azərbaycan Respublikası, ATƏT-in Minsk Qrupunun  və həmsədrlər qarşısında əldə etdiyi güc və ya güc təhdidindən istifadə etməkdən imtina etmə öhdəliyini pozaraq 2020-ci il sentybarın 27-də Artsax Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyat başladı ki, bunun nəticəsində həm mülki əhali, həm də Müdafiə Ordusu arasında minlərlə soydaşımız öldürüldü, Artsax Respublikasının mülki infrastrukturu və mədəni irsi qəsdən məhv edildi.

Yuxarıda göstərilən reallıqları əsas götürərək Artsax Respublikasının Parlamenti bəyan edir:

1. İndiyə qədər Artsax Respublikasının Azərbaycan nəzarəti altına alınmış əraziləri Azərbaycan Respublikası  tərəfindən  işğal olunmuş (okupasiya edilmiş) sayılır.

2. Artsax Respublikasına qarşı Azərbaycanın həyata keçirdiyi təcavüz və qeyd edilmiş ərazilərin işğalı gələcək danışırlaq zamanı Artsax Respublikasının statusu və sərhədlərinin müəyyənləşdirilməsi prosesinə hər hansı hüquqi təsir göstərə bilməz.

Daha çox göstər
Back to top button