
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın telefon danışığı zamanı digər məsələrlələ yanaşı “İsgəndər” operativ-taktiki raket komplekslərinin istifadəsi ilə bağlı ER baş nazirinin açıqlaması da müzakirə olunub. Bu barədə ER baş nazirinin mətbuat katibi Mane Gevorgyan qeyd edib.
“Ermənistan baş naziri faktları və məlumatları bir araya cəmləyərək belə nəticəyə gəlib ki, ona bu situasiya ilə bağlı düzgün məruzə etməyiblər. Üstəlik, baş nazirin açıqlamasının hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Rus silahlarının dünyanın ən yaxşı silahlarından biri olduğuna şübhə yoxdur. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”- deyə Gevorgyan qeyd edib.