Başlıcaİctimaiyyət
Polşalı siyasətçi özünü erməni əsirləri ilə mübadilə etməyi təklif edir

Polşalı siyasətçi-vəkil Tomasz Lech Buczek Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq özünü erməni əsirləri ilə mübadilə etməyi təklif etdi.
“Əbədi həqiqət, inam və sevgi naminə. Humanizm naminə Prezidentə təklif edirəm ki, məni (Tomasz Lech Buczek) Azərbaycanda müharibədən əsir götürülmüş və işgəncələrə məruz qalmış erməni əsirləri ilə mübadilə etsinlər və onları dərhal azadlığa buraxsınlar”,-deyə Buczek yazdı.