BaşlıcaSiyasət

AB və Ermənistan arasında hərtərəfli genişləndirilmiş tərəfdaşlıq sazişi qüvvəyə mindi

  AB ilə Ermənistan arasında Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) 2021-ci il martın 1-dən etibarən  qüvvəyə minmişdir.

Saziş Ermənistan Respublikası, bütün AB üzv dövlətləri və Avropa Parlamenti tərəfindən təsdiq edilmişdir.

AB-nin Ermənistandakı nümayəndə heyətinə görə, razılaşma AB ilə Ermənistan arasındakı münasibətlərdə mühüm bir mərhələdir.

Mənbənin verdiyi məlumata görə, müqavilənin müddəaları Avropa Birliyi ilə Ermənistan arasında demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyi, insan hüquqlarına hörmət, əlavə iş yerləri açmaq, iş imkanları, qanunvericiliyin təkmilləşdirilməsi, təminat kimi geniş sahələri əhatə edir.

Bütün bunlarsa daha təmiz bir mühit və ictimai təhlükəsizlik, eyni zamanda təhsil və tədqiqat üçün ən yaxşı imkanları təmin etməkdir.

Eyni zamanda, ikitərəfli gündəliyə AB Şərq Tərəfdaşlığı çərçivəsində Şərq Qonşuluğu ölkələri ilə əlaqələr daxildir.

Daha çox göstər
Back to top button