
Ermənistan AES-i və Rusiyanın “Rosatom” dövlət korporasiyası mütəxəssisləri AES-də nüvə reaktorunun qoruyucu örtüyünü gücləndirməyə hazırlaşırlar.
Bu barədə Sputnik Armeniaya Atom Elektrik Stansiyasının direktoru Movses Vardanyan stansiyanın təmir işlərinin uzunmüddətli layihəsini şərh edərkən bildirib. Təmirdən sonra stansiya ən azı 2026-cı ilin sonuna qədər işləyəcək.
Qeyd edək ki, 2021-ci ildə stansiyanın reaktoru yenilənəcəkdir. Rusiya bu texnologiyayla dünya liderlərindən biridir, Rosatom uzun müddətdir Rusiya nüvə elektrik stansiyalarının ömrünü uzatmaq üçün ondan uğurla istifadə edir.