
ER Baş naziri Nikol Paşinyan, təklifi parlament qüvvələri tərəfindən qəbul edilərsə erkən parlament seçkilərinə getməyə hazır olduqlarını bildirdi. Bu haqdab Baş nazir “Respublika” meydanında olan mitinqdəki çıxışı zamanı bildirib.
“Növbədən kənar seçki təklifimiz parlament qüvvələri tərəfindən qəbul edilərsə, erkən parlament seçkilərinə razı olacağıq, çünki xalqımızın Ermənistanda təkbaşına qanuni bir hökumət qura biləcəyinə əminik” –deyərək o, qeyd edib.
Baş nazir əlavə etdi ki, müxalifətlər, güya xalq özünün istefasını tələb etdiyini nümayiş etməklə meydanlarda hər fürsətdən istifadə etdi.
“Onlar bunu edə bilmədilər, mən onlara ikinci şansı da verirəm və onlara meydan oxuyuram, gəlin xalqın yanına yeni seçkilər üçün gedək, xalqın kimin istefasını tələb etdiyini görək”-deyərək o, qeyd etdi.
Paşinyan əlavə edib ki, seçkilərə hazırlıq bir məqsədi güdür. Biz nə qədər də şüarlarla, çıxışlarla, vədlərlə nə qədər fəal iştirak etsək də, bu seçkilərdə qələbə qazanmağa çalışmayacağıq, bu seçkilərdə sizin qələbəniz üçün çalışacağıq, çünki siz gərək qalib gələsiniz”-deyərək Baş nazir qeyd edib.