BaşlıcaSiyasət

ABŞ Ermənistanda demokratiyanı və suverenliyini dəstəkləməyə davam edəcəkdir: Dövlət Departamenti

“Biz Ermənistanda gedən siyasi prosesləri yaxından izləyirik”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib.

“Bütün tərəfləri təmkinli olmağa və vəziyyəti gərginləşdirən əməllərdən və ya güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Erməni siyasətçiləri fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə, qanunun aliliyinə və demokratik proseslərə hörmət etməyə çağırırıq”,-Price qeyd etdi.

O həmçinin vurğuladı ki, Amerika Birləşmiş Ştatları, Ermənistanda qanun aliliyi, demokratik proseslər və institutlarının inkişafını davamlı olaraq dəstəkləyir.

“Ermənistanda demokratiyanı və suverenliyini dəstəkləməyə davam edəcəyik”,-Price bildirib.

Daha çox göstər
Back to top button