BaşlıcaSiyasət

Ara Ayvazyan, BMT Baş katibinin Humanitar məsələlər üzrə müavini ilə telefon danışığı aparıb

Martın 2-də ER Xarici işlər naziri Ara Ayvazyan, BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini və Fövqəladə hallarda yardım koordinatoru Mark Loukok ilə telefon danışığı aparıb.

Ermənistan XİN rəhbəri, baş katibin müavini Loukoka Artsax ermənilərinin üzləşdiyi humanitar məsələləri, sosial-iqtisadi problemlərini hərtərəfli təqdim edib. Nazir Ayvazyanın sözlərincə, Azərbaycanın Artsaxa qarşı başlatdığı genişmiqyaslı müharibə nəticəsində Artsaxdakı on minlərlə ermənilər evlərini tərk etmək məcburiyyətində qalıb.

Söhbət zamanı Artsaxdakı ermənilərinə humanitar yardımın verilməsinə əhəmiyyət verilib.

Bu baxımdan, həmsöhbətlər, bu humanitar prosesin həyata keçirilməsinin siyasiləşdirilməsini və bu məqsədlə süni əngəllərin yaradılmasını qəbuledilməz hesab edərək beynəlxalq təşkilatların, BMT-nin ixtisaslaşmış qurumlarının Artsaxda olmasını təmin etmək üçün müvafiq şərtlərin yaradılması barədə razılığa gəliblər.

Artsax əhalisinə humanitar yardımın verilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button