
Artsax parlamenti aşağıdakıları qeyd edən bir bəyanat qəbul edib:
– İndiyə qədər Artsax Respublikasının Azərbaycanın nəzarətində olan əraziləri Azərbaycan Respublikası tərəfindən oupasiya edilmiş sayılır.
– Azərbaycanın Artsax Respublikasına qarşı həyata keçirdiyi təcavüzü və qeyd olunan ərazilərinzəbt edilməsi, gələcək danışıqlar zamanı Artsax Respublikasının statusuna və sərhədləri prosesində hər hansısa hüquqi təsiri ola bilməz.
Bəyanatın müəllifi Artsax parlamentinin “Artsaxın Demokratik partiyası” fraksiyasıdır.
Fraksiya üzvü David Melkumyan Lragir.am-a verdiyi açıqlamada bu ifadənin işğal olunmuş ərazilər haqqında qanunun qəbul edilməsi üçün əsas ola biləcəyini bəyan edib.
“Bu gün Artsax Respublikasının işğal olunmuş əraziləri haqqında çox vacib bir açıqlama verildi. Bu açıqlama Artsax parlamenti tərəfindən yekdilliklə qəbul edildi.
Bu, Artsax Demokratik Partiyasının təşəbbüsüdür. Biz buna olduqca böyük əhəmiyyət veririk, çünki bu bəyanat gələcəkdə qanunverici təşəbbüslə çıxış etməyimiz üçün əsas ola bilər”-deyərək David Melkumyan qeyd edib.
Onun sözlərinə görə, işğal olunmuş ərazilər haqqında qanunun qəbulu üçün böyük bir qanunvericilik pateti hazırlanacaq.
“Xırda detallardan danışa bilmərəm, amma bu istiqamətdə işlər aparılacaqdır”-deyərək o qeyd edib.
Melkumyan, Artsaxın tanınması lazım olan sərhədləri müzakirə edərək Artsaxın tanınması məsələsinə də toxundu.
“Artsax Respublikasının sərhədləri Artsax Konstitusiyasında çox dəqiq müəyyən edilmişdir.
Qanunverici qolun nümayəndələri olaraq, Konstitusiyadan kənar hər hansı bir addım atmaq hüququmuz yoxdur.
Əminəm ki, danışıqların yenidən başlaması halında, Artsax Respublikasının Konstitusiyası əsas götürüləcək” deyərək o, qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Artsax ərazilərinin işğaldan çıxarılması məsələləri danışıqlar prosesi çərçivəsində müzakirə olunmalıdır.
“Bu məsələlər bir-birinə bağlıdır, paralel bir proses olmalıdır. Məncə, bu məsələni qaldırmaq hələ tezdir, çünki danışıqlar zamanı kimin necə qayıdacağı da daxil olmaqla hər şey aydın olacaq.
Bunlar danışıqların bərpasından əvvəl heç kimin cavab verə bilmədiyi suallardır”- deyərək o, qeyd edib.