Başlıcaİctimaiyyət

Ermənistan “Sputnik V” peyvəndi alacaq

Ermənistan koronavirusa qarşı vaksinasiyası üçün “Sputnik V” peyvəndi alacaq. Bu barədə ER Səhiyyə Nazirliyinin nümayəndəsi Gayane Sahakyan bildirdi.

“Hazırda Rusiya tərəfi ilə müqavilənin imzalanma mərhələsindəyik. Çox gumandır ki, peyvənd keçən həftə Ermənistana idxal olunacaq”,- deyə Sahakyan bildirdi.

Onun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyası artıq başlanılıb. Rusiya Səhiyyə Nazirliyi əvvəl 30, sonra 1000 nəfər (2060 doza) üçün peyvəndErmənistana hədiyyə verib. Koronavirus xəstələri və tibb işçiləri arasında peyvəndlər artıq başlayıb.

Sahakyanın sözlərinə görə, mart ayında tibb işçiləri arasında, həm də xroniki xəstəlikləri olan 65 yaşdan yuxarı riskli qruplarda olan şəxslərin vaksinasiyasına başlanılacaq.

Tibbi müəssisələrdə qeydiyyatdan keçmiş insanların məlumatlarına əsasən deyə bilirik ki, Ermənistanda təxminən 600 min nəfər riskli qruplardadır.

Daha çox göstər
Back to top button