BaşlıcaSiyasət

Zareh Sinanyan: “Bakı 100-dən çox Ermənistan vətəndaşını saxlayır”

Azərbaycan yüzdən çox Ermənistan vətəndaşını saxlayır və bu məsələnin həllində gecikmə Yerevanla Bakı arasında dialoqun başlanmasını təxirə salır. Bu barədə “RİA Novosti”-ya müsahibəsində Ermənistanın diaspor məsələləri üzrə baş komissarı Zare Sinanyan bildirib.

Sinanyan qeyd etdi ki, fevralın 24-dən martın 2-dək Rusiyaya səfəri zamanı Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə təmaslarda bu məsələni müzakirə edib.

“Bizim üçün ən vacib məsələ erməni hərbi əsirlərin və şəxlərin Azərbaycandan qayıtmasıdır. Bu məsələni Rusiya XİN-də baş verib görüş ərzində müzakirə etdim. Biz bu məsələdə dialoq aparırıq, çünki biz neçə nəfərin Azərbaycan əsirliyində olduğunu öyrənmək istəyirik, onlar (Bakı) bunu daha yaxşı bilirlər. Döyüş əməliyyatları ilə əlaqədar olaraq Azərbaycanda olduqlarını bildiyimiz şəxslərin və itkin düşənlərin siyahısının olduğu aydındır, itkin düşənlər də var. Bu vəziyyətdə rəqəmlər daim dəyişir”,- deyə Sinanyan qeyd edib.

Zareh Simonyanın sözlərinə görə, Yerevan ümid edir ki, Moskva bu məsələnin həll edilməsinə töhfə verməyə davam edəcək.

Daha çox göstər
Back to top button