ArtsaxBaşlıcaMədəniyyət

Artsax əlyazmalarının sərgisi davam edir

Matenadaranda Artsaxda yazılmış sənədlərin, kitabların sərgisi davam edir. Matenadaranın direktoru Vahan Ter-Ghevondyan qeyd etdi ki, Artsax sadəcə Erməni deyil, ən Erməni torpağıdır. Əsrlər boyu ermənilərdən başqa oralarda heç kimsə olmayıb. İndi Artsaxın bir çox yaşayış məntəqələrində ermənilər yoxdur. Mədəniyyat mərkəzləri olan Şuşi, Hadrutu Azərbaycan işğal etdi.

“Türk ünsürü ilk dəfə 18-ci əsrin 2-ci yarısında Şuşidə ortaya çıxıb, o da azlıq olaraq”,- deyə Vahan Ter-Ğevondyan bildirdi.

Matenadaranın direktoru qeyd etdi ki, Ermənistanın digər vilayətlərində ən çox erməni əhalisi Artsaxda idi.

Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibədə ərzində Artsaxdakı əlyazmaları Yerevana gətirilib. Təssüf ki, Azərbaycanın işğal etdiyi erməni torpaqlarda bir çox kilsələr, mədəni abidələr qalıb. Artsaxın mədəni irsinin qorunması üçün dünyanın müxtəlif elmi müəssisələrindən təxminən 150 əlimin imzaladığı bir ərizə Roma Papasının Baş Dövlət İdarəsinə təqdim edildi.

Matenadaranda keçirilən sərgidə Amaras, Gandzasar, Eğişe Arakyalın kilsəsi, Gtchavank, Metsaranats Surb Hakobavanq, Xadavanq, Dadivank, Eritsmankants kilsəsində yazılan sənədləri, habelə Şuşidə çap olun kitabları təqdim olunur.

Daha çox göstər
Back to top button