Başlıcaİctimaiyyət
Bakı Şəhər İcra Hakimiyyəti 8 martda qadın fəallara aksiya keçirməyə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti bir qrup qadın fəalın martın 8-də “8 Marş – Haqlarımız uğrunda” şüarı altında yürüş keçirməsinə icazə verməyib.
Turan agentliyinin xəbərinə əsasən, şəhər meriyası bunu “yürüşün nəqliyyatın və insanların sıx olduğu yerdə keçirilməsi” ilə əsaslandırıb.
Qeyd edək ki, nümayişin 8 mart saat 15.00-da Fəvvarlər Meydanında keçirilməsi planlaşdırılır və o, Beynəlxalq Qadınlar Gününə həsr olunur.
Hakimiyyətin icazə verməməsinə baxmayaraq, təşkilatçılar aksiyanı keçirmək niyyətindədirlər. Tədbirin məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqət çəkməkdir.