
Rusiya hesab edir ki, Ermənistanda baş verən ictimai-siyasi hadisələr respublikanın daxili işidir və Moskva bu mövzuda başqa bir mövqe tuta bilməz.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.
“Bu, suveren bir dövlətin daxili işidir, bu ölkədəki siyasi bir prosesdir, buna görə başqa bir qiymətləndirmə ola bilməz”,-Zaxarova qeyd etdi.