BaşlıcaSiyasət

Moskva üçün ən optimal variant “hamının hamıya” prinsipidir: Mariya Zaxarova

Rusiya hesab edir ki, hərbi əsirlərin məsələsinin həllində ən optimal variant “hamının hamıya” prinsipidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirdi.

“Bu problemə tərəflərin münasibəti fərqlidir. Məlumatlar mütəmadi. Rəsmi Yerevanın rəqəmləri vaxtaşırı dəyişir. Bakıdan isə başqa məlumatlar verilir. Bu uyğunsuzluğu nəzərə alaraq birbaşa tərəflərlə əlaqə saxlamağınızı tövsiyə edirik”,- deyə Rusiya XİN nümayəndəsi bildirdi.

Onun sözlərinə görə, hazırda rus sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib.

“63-ü Ermənistan tərəfinə, 16-sı Azərbaycana təhvil verilib.
Rəsmi Moskvanın bu məsələdə mövqeyini bir daha ifadə etmək istəyirik; ən optimal variant “hamının hamıya” prinsipidir.

Hesab edirik ki, məsələnin tezliklə həll olunması tərəflərə faciəvi səhifələri bağlamağa və əsas diqqəti iqtisadi sahədə əməkdaşlığı müsbət yöndə inkişaf etdirmək üçün yönəltməyə imkan verəcək”,-deyə Zaxarova vurğuladı.

Daha çox göstər
Back to top button