BaşlıcaSiyasət

Vahan Kerobyan DB-ın Cənubi Qafqaz üzrə regional direktorunun nümayəndə heyətini qəbul etmişdir

ER iqtisadiyyat naziri Vahan Kerobyan, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molyneusun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 Bu haqda   ER İqtisadiyyat nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatlandırılıb.

İqtisadiyyat naziri, ER iqtisadiyyatının hazırkı inkişafını, hökumətin qəbul etdiyi önəmlikləri, ER İqtisadiyyat nazirliyinin hazırladığı yeni iqtisadi siyasətin hazırda yekunlaşdırıcı mərhələdə olduğunu qeyd etdi.

Tərəflər, Dünya Bankı ilə birlikdə dövlət investisiyalarının idarə olunması, dövlət-özəl tərəfdaşlıq infrastruktur, kənd təsərrüfatı və turizm sahələrində birgə layihələrin həyata keçirilməsindəki irəliləyişləri müzakirə etmişdir.

Sebastian Molyneus, Dünya Bankının Ermənistana yardım göstərə biləcəyi sahələri, hüquqi normaları, istiqamətləri və ya proqramları müəyyənləşdirməyi təklif etmişdir.

Görüşün sonunda tərəflər yeni ortaq əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün digər sahələrdə olduğu kimi, su infrastrukturu ilə bağlı da müzakirələrin davam etdirilməsi barədə razılığa gəlmişdir.

Daha çox göstər
Back to top button