
Amerikanın Hay Dat Komitəsi, ABŞ Konqresinin erməni məsələləri fraksiyasının sədrləri tərəfindən Nümayəndələr palatasına təqdim ediləcək erməni əsirləriylə bağlı yeni qanun layihəsini alqışlayır. Bu haqda Amerikanın Hay Dat Komitəsi məlumatlandırıb.
Qətnamədə Azərbaycandan 200-dən çox erməni əsirini və əsir götürülmüş vətəndaşını azad etməyə çağırır. Onların noyabrın 9-da atəşkəs elanından sonra girov saxlanıldığı bildirilir.
Bu qətnamənin müəllifləri konqresmenlər Adam Şif, Gus Bilirakis, Jeki Spier, Deyvid Valladon və Frenk Palloundur. Orada deyilir ki, Azərbaycan silahlı qüvvələri erməni əsirlərlə pis davranır, işgəncə verir və alçaldır, o cümlədən başları kəsilərək məhkəməsiz edam edilir.
Layihə müəlliflərinin bir məktub yazaraq, həmkarlarını qanun layihəsini təsdiqləmək üçün onlara qoşulmağa çağırdıqları qeyd edildi.
Layihə gələn həftə Nümayəndələr palatasına təqdim ediləcək.