BaşlıcaSiyasət

Badasyan BMT-nin Cinayətkarlığın qarşısının alınması üzrə 14-cü Konqresində əsirlər məsələsini təqdim etdi

Martın 5-dən 11-dək ER Ədliyyə naziri Rüstəm Badasyan, Yaponiyanın Kyoto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində (UNODC) iştirak edir. Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Konqresdə çıxış edən Ermənistanın Ədliyyə naziri, 2020-ci ilin sentyabrında Türkiyə və Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünə də toxundu.

Badasyanın xüsusilə insanlığa qarşı müharibə cinayətlərindən, həmçinin Azərbaycanın Cenevrə Konvensiyasını kobud şəkildə pozmaq cəhdlərindən, erməni əsirləri və qadınlar da daxil olmaqla digər əsirlərin geri qaytarılmasından imtina etməsindən bəhs etdiyi bildirilir.

Nazir Badasyan nifrət nitqi mövzularına toxunaraq, bu məsələnin Ermənistan üçün aktual olduğunu qeyd etdi, çünki erməni xalqı tarix boyu etnik, dini və mədəni kimliklərinə qarşı dözümsüzlük səsəbilə ayrı-seçkilik, təqi və soyqırımlara məruz qalıb.

Badasyan vurğuladı ki, on illərdir Azərbaycanda təbliğ olunan anti-erməni siyasət, Artsax xalqına qarşı insanlığa qarşı cinayətlərlə müşayiət olunan son təcavüz zamanı öz əksini tapdı.

O, beynəlxalq ictimaiyyəti Ermənistanın bölgədəki təhdidlərini aradan qaldırma səylərinə dəstək verməyə və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etməyə çağırdı.

Daha çox göstər
Back to top button