
Amerika Hay Dat Komitəsi (ANCA) Konqresin Ermənistana dair Konqres fraksiyası tərəfindən Nümayəndələr Palatasına təqdim ediləcək yeni bir qanun layihəsini alqışlayır və Azərbaycanı noyabrın 9-da atəşkəs zamanı razılaşmadan 100 gün sonra bel əsir götürülmüş 200-dən çox erməni əsirini dərhal azad etməyə çağırır.
Konqresmenlər Adam Şif, Gas Bilirakis, Cek Spier, David Valladon və Frank Pellone tərəfindən hazırlanan iki tərəfli bir qətnamədə deyilir ki, Azərbaycan hərbçiləri erməni əsirlərinə fiziki fiziki işgəncə verir,alçaldır pis davranırlar.
Erməni işləri üzrə Komitə rəhbərləri həmkarlarını gələn həftə təqdim ediləcək qanun layihəsini qəbul etmək üçün onlara qoşulmağa çağırdılar.
Qətnamədə xüsusilə deyilir:
“Azərbaycanın Cenevrə Konvensiyaları çərçivəsində götürdüyü öhdəliklərə baxmayaraq, noyabrın 9-da, yəni münaqişənin bitməsindən 100 gün keçdikdən sonra əldə olunan razılığın nəzərə alınaraq, Azərbaycan hökuməti 200-ə yaxın erməni əsiri girov saxlamağa davam etməsini hesaba almaqla,
“Human Rights Watch” hüquq müdafiə təşkilatı 2020-ci ilin dekabrında Azərbaycan hərbi qüvvələrinin erməni əsirlərinə “fiziki işgəncə verdiklərini və alçaltdıqlarını” aşkar etdiyini nəzərə alaraq,
Əsirlər, həbs olunan vətəndaşların vəziyyəti və onların müalicəsi barədə etibarlı məlumatların çox az olduğunu hesaba almaqla,
Ermənistanın noyabrın 9-da olan razılaşmasıyla azərbaycanlı hərbi əsirləri geri qaytarmaqla beynəlxalq hüquq müqaviləsi çərçivəsində öz öhdəliklərini yerinə yetirdiyinihesaba almaqla,
Fransa və Rusiya ilə birlikdə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələr olduqlarını hesaba almaqla,
Odur ki,Nümayəndələr palatası
Azərbaycandan bütün hərbi əsirləri, girovları dərhal geri qaytarmağa çağırır,
Dövlət Departamentini ATƏT-in Minsk qrupu da daxil olmaqla, bütün səviyyələrdə Azərbaycan hakimiyyəti ilə əlaqə qurmağa, noyabrın 9-da olan razılaşmaya əsasən vəzifələrini yerinə yetirmək bacarıqlarını aydınlaşdırmağa çağırır”.