BaşlıcaSiyasət

Naxicevanda iki keçmiş nazir həbs edilib

Naxicevan Muxtar Respublikasının (NMR) keçmiş daxili işlər naziri general-leytenant Əhməd Əhmədov və keçmiş təhsil naziri Məmməd Qəribov həbs edilib. Azərbaycan Baş Prokurorluğundan Turan-a bu məlumatı təsdiq ediblər.

Qəribovun cinayət işinin təfsilatı barədə məlumat verilmir. Həbsin prokurorluq tərəfindən həyata keçirildiyini nəzərə alsaq, söhbət ağır cinayətdən gedə bilər.

İdarədən həmçinin qeyd ediblər ki, Əhmədov barəsində istintaq prokurorluq orqanları tərəfindən aparılır. Amma onun konkret olaraq nədə ittiham olunduğunu açıqlamayıblar.

KİV-də yayılan məlumatlara görə, Əhmədov pul vəsaiti mənimsəməkdə ittiham olunur. CM-in bu maddəsi üzrə təhqiqat prokurorluq orqanları tərəfindən aparılır.

Əhmədov 17 il DİN başçısı vəzifəsini tutub və muxtar respublikanın ən mənfur məmurlarından biri hesab olunurdu. Onun adı yerli hüquq müdafiəçilərinin və jurnalistlərin təqibi ilə bağlı qalmaqallarda hallanırdı.

Daha çox göstər
Back to top button