BaşlıcaSiyasət

Qarabağdakı müharibədən sonra Azərbaycan hakimiyyətləri RF-da ermənilərə qarşı təxribatlar təşkil etdi

Qarabağ müharibəsindən sonra Rusiyada  yaşayan  ermənilərə qarşı təxribatlar Azərbaycan hakimiyyəti və səfirliyi səviyyəsində dəstəkləndi və anti-erməni təbliğatı aparıldı.

Bu haqda  Rusiya Erməniləri Birliyinin vitse-prezidenti Herman Ananyants  martın 8-də  NEWS.am saytına açıqlamasında  qeyd edib.

Onun sözlərinə görə, bu, artıq bir sistemə çevrilib, Moskvada bunu etmək çətindir, hüquq-mühafizə orqanları ayıqdır, amma bölgələrdə oxşar hallar baş verir.

O, əlavə etdi ki, azərbaycanlılar dərhal hər hansı bir dava və ya qətl hadisəsini ermənilərə aid etməyə və ictimaiyətdə mənfi rəy yaratmağa çalışırlar.

Ananyants Nijni Novqorod kəndlərindən birində bir ailənin öldürülməsini  misal olaraq göstərdi ki, bunları  həmçinin erməniyə aid etdilər..

“Həmin adam daha sonra ortaya çıxdı və cinayətin ona aid edildiyi üçün son dərəcə incdi. Heç vaxt  həmin kəndə getməyib və qətllə heç bir əlaqəsi olmayıb.

Öncə bəzi soyadlar uydurulur və cinayətlər ermənilərə aid edilir və bundan sonra bunu aşkar edib təkzib etməliyik”-deyərək Herman Ananyants qeyd edib.

Daha çox göstər
Back to top button