
Tomskda barların birində ermənilərə hücum edən azərbaycanlılara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2 maddəsiylə (etnik nifrət və döyülmə) cinayət işi başlandı.
Bu haqda Rusiya Erməniləri Birliyinin vitse-prezidenti Herman Ananyants martın 8-də NEWS.am saytına verdiyi müsahibəsində bildirdi.
Onun sözlərinə görə, görüntüləri bu yaxınlarda ortaya çıxan hadisə ən azı 2 həftə əvvəl baş verib.
Herman Ananyantsın sözlərinə görə, üç erməni azərbaycanlıların hücumu nəticəsində xəstəxanaya yerləşdirilib və hazırda evdədirlər.
“Döyüş zamanı azərbaycanlılar ermənilərin bardan çıxmasını tələb edərək millətçi, antierməni ifadələrini səsləndirməyə başlamışlar.
Hazırda azərbaycanlılardan biri tutulub və istintaq orqanına dəlil verir, digəri axtarışdadır. İkincisi, əminəm ki, tezliklə tapılacaqdır. Dava-dalaşın bütün iştirakçıları Rusiya vətəndaşlarıdır”- deyərək Herman Ananyants qeyd edib.
Vəziyyətin yalnız prokurorluğun yox, daha əvvəl Daxili işlər nazirliyinin polkovniki olan Rusiya Erməniləri Birliyinin Tomsk regional bölməsinin sədrinin də nəzarətində olduğunu vurğuladı.
“Yerli hakimiyyətlr bizi tam dəstəkləyir. Bu proses sona kimi aparılacaq” – deyərək Ananyants əmin edib.