
Tavuş bölgəsinin anklav ərazilərinin Azərbaycana verilməsi planlaşdırılırsa, Azərbaycan tərəfi ərazilərimizi geri qaytarmalıdır. Bu haqda Tavuş bölgəsinin Berkaber icmasının keçmiş başçısı Artur Madatyan Lragir.am saytına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Berkaberin, xüsusən Azərbaycanda hazırda düşmən tərəfindən becərilən 860 hektar ərazisi var.
“İndi vəziyyət biqərardır, lakin istənilən halda, onu təhvil verərlərsə, Berkaberin su anbarının o biri tərəfində Azərbaycanın əlində 860 hektar torpaq ərazisi var. Onları geri qaytarmalıdırlar.
“Əgər Azərbaycan torpaqlarını geri vermək məcburiyyətində qalsalar, onu da bizə verməlidirlər. Nədən söz gedə bilər.Elə-belə heç nə verilmir”-deyərək Madatyan qeyd edib.
Qeyd edək ki, Tavuş bölgəsi sakinləri dövlətlərarası Yerevan-Noyemberyan yolunu bağlamışlar.. Tavuşun icmaları və sərhədləri ilə bağlı hansı problemlərin olduğu sualına dəqiq cavab vermək üçün Tavuş valisi Hayk Çobanyanla görüşməyi tələb etmişlər.
Bölgə sakinləri Ermənistanın nəzarətində olan başqa bir anklav olan Barxudarlunun vəziyyəti və gələcək taleyi barədə dəqiq bir cavab tələb etmişlər..
Tavuşun Açacur icmasının rəhbəri Karen Ğaltagçyan bizə dedi ki, bu ərazilərlə bağlı başqa bir qərarın olub-olmaması barədə rəsmi məlumatları yoxdur.
Bildiyim qədər hər şey qaydasındadır, qarışıqdır, amma heç bir şey yoxdur. Əlbətdə ki, bu ərazilər verilə bilməz”-deyərək icma rəhbəri qeyd edib.
Tavuşun Aygehovit icmasının rəhbəri Leon Grigoryan bizimlə söhbətində bizə danışdı. “Bəs bu məsələlərin müzakirə olunduğunu kim deyib?. Status-kvo dəyişməz olaraq qalır.
Oturub-durub fərziyyələrmi edək?. Hazırkı anda heç bir hərəkat yoxdur. Bu söz-söhbətlər rhəqiqətlə uzlaşmır”.